Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 21:26
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeddinci sanksiya paketi üzərində işləyir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.
Yablonski sanksiyaların Rusiya qazının ixracına yönəldiləcəyini bildirib.
"Rusiyanın "Qazprombank"ın hesabına hələ də sata biləcəyi qazı var. Bu ölkənin banklarının "SWIFT" beynəlxalaq sistemindən çıxarıldığı bir vaxtda düşünürəm ki, sanksiyaları daha da sərtləşdirməliyik",- deyə Polşa xarici işlər nazirinin müavini bildirib.
Yablonskinin sözlərinə görə, bir çox ölkələr Rusiya ilə sərfəli ticarəti davam etdirmək üçün sanksiyalardan qaçmağın yollarını axtarır.
Bu da Aİ üçün problemə səbəb olub.
Məsələn, bir çox ölkələrin Moskvanın qaz tədarükünün rublla ödənilməsi şərtləri ilə razılaşması Polşanın maraqlarına uyğun gəlmir.
Xatırladaq ki, bir neçə gün bundan öncə Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib,