Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

83 yaşlı yaponiyalı Sakit okeanı təkbaşına üzərək keçdi

83 yaşlı yaponiyalı Sakit okeanı təkbaşına üzərək keçdi

Tarix: 5 Iyun 2022 13:38

83 yaşlı yapon macəraçı Kenişi Hori Sakit Okean üzərində təkbaşına dayanmadan səyahət edən dünyanın ən yaşlı insanı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, ona Yer kürəsinin ən böyük okeanını keçmək üçün iki ay lazım olub.

"Xəyallarınızın sadəcə xəyal olmasına imkan verməyin. Qarşınıza məqsəd qoyun və ona doğru irəliləyin. Sizi gözəl həyat gözləyir", - Hori Yaponiyanın Şikoku adasından səyahətinin son mərhələsi olan Vakayamaya gedərkən peyk telefonu ilə bildirib.

Hori çəkisi 990 kq, uzunluğu 5.8 m olan "Suntory Mermaid III" yelkənli qayığı ilə martın 27-də Kaliforniyanın San-Fransisko şəhərindən yola çıxıb. O, səfərin bəzi hissələrinin çətin keçdiyini, ancaq ailəsi ilə hər gün peyk telefonu ilə əlaqə saxladığını söyləyib.

İyunun 4-də yerli vaxtla saat 2:39-da macəraçı Yaponiyanın qərbindəki Kii yarımadasının sahil sularına daxil olub.

Milli.Az


Etiketlər:  yaşlı yaponiyalı Sakit okeanı təkbaşına üzərək keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ