Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çılpaq fotosessiya etdirmişəm'' - Dilarə Kazımova

''Çılpaq fotosessiya etdirmişəm'' - Dilarə Kazımova

Tarix: 5 Iyun 2022 18:55

"Həftədə dörd dəfə idmana gedirəm. Deyəndə, gözəl bədənin var, sevinirəm. Əziyyəti qiymətləndirəndə sevirəm. Amma bədənimi yox, səsimi sığortalayardım. Cennifer Lopes deyiləm".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "MTV maqazin" proqramında deyib. İfaçı son vaxtlar sənət adamları arasında da dəb halını alan omba böyütmə əməliyyatından danışıb:

"Ancaq burnumu edərəm, çünki nəfəs ala bilmirəm. İndi kimə baxırsan qızların ombası bir-birinə oxşayır. Əvvəl üzləri idi, indi ombaları bənzəyir. Özümü "seks ikona" yox, amma seksual qadınlardan biri hesab edirəm. Aygün Kazımova, Röya Ayxan, Səidə Sultan, Tünzalə Ağayeva, Nura Suri xoşuma gəlir".

Sevgilisi olmadığını söyləyən Dilarə "Çox istərdim sevim. Sevgilim də yoxdur. Hələ ailə qurmaq istəmirəm" sözlərini əlavə edib.

Sənətçi çılpaq fotosessiya etdirdiyini söyləyib:

"Qışda bağlı geyinirəm, soyuqdu. İyundu, necə geyinim? İstidən ölüm? Çılpaq fotosessiyam var. Öz bədənimdən xatirə kimidir. 60-80 yaşımda açıb baxacam. Onlar yalnız mənim üçündür, paylaşmayacam".

Milli.Az


Etiketlər:  Çılpaq fotosessiya etdirmişəm Dilarə Kazımova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ