Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allergiyadan bu üsullarla qorunun – FAYDALI MƏSLƏHƏTLƏR

Allergiyadan bu üsullarla qorunun – FAYDALI MƏSLƏHƏTLƏR

Tarix: 5 Iyun 2022 22:36

Allergiya dedikdə ağlımıza ən çox yaz ayları və çiçək tozları  gəlir. Ancaq allergiyanı sadəcə yazda yox, ilin bütün fəsillərində müşahidə etmək olar.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bir çox insan üçün zərərsiz olan çiçək tozları, kif, toz kimi maddələrə qarşı dərman və ya bəzi qidalar insanların orqanizmində problem yarada bilər.

Allergiyaya  qarşı dərmanlardan uzaq durmalısınız. Bunun üçün ilk olaraq allergiyaya səbəb olan maddələr bilinməli və onlardan  istifadə edilməməlidir.

Allergiyanın əlamətləri

Burun ifrazı, burunun tıxanması, asqırma

Gözlər və burunda qaşıntı

Nəfəs darlığı

Öskürmə

Yorğunluq

Baş ağrısı

Ürəkbulanma və qusma

Qızdırma

Allergiyaya qarşı nə etməliyik?

Çiçək tozunun bol və havanın çirkli olduğu yerlərdə və əsasən yaz aylarında allergiya daha çox müşahidə olunur. Çiçək tozları daha çox səhər saatlarında olduğu üçün həmin vaxtlarda mümükünsə havaya çıxmamaq, avtomobildə olarkən pəncərəni bağlamaq tövsiyə edilir.

Allergiya təkcə çöldə deyil, hava şəraiti yaxşı olmayan evlərdə də mümkündür.

Allergiyanın qarşısının alınması üçün bəzi vasitələr...

- Siqaret və tütün məhsullarından qaçın, yanınızda istifadə etməyə icazə verməyin.

- Yun və quş tükü kimi materiallardan uzaq durun. Yastıq və yorğanları həftədə bir dəfə 55 dərəcə  temperaturda yumaq lazımdır.

- Ev heyvanlarını allergiyaya qarşı peyvənd edin. Ekoloji  spreylər və şampunlardan istifadə edin.

- Evdə kiflərə qarşı tədbir görün, evi tez-tez havalandırın.

- Yataq otağında xalça, toz  tutan əşyalar, kitab, çiçək və bitki olmaz.

- Qida allergiyasına qarşı qatqılı maddələri, boyalı qidaları və içkiləri istifadə etməyin.

- Geyimləriniz allergiyaya qarşı olmalıdır.

- Əl yuma və burun təmizliyinə diqqət ayrılmalıdır.


Etiketlər:  Allergiyadan üsullarla qorunun FAYDALI MƏSLƏHƏTLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ