Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həmin yuxudan sonra bir az təsəlli tapdım, ata sözünə möhtac qalmışam” - Rüfət Mehdiyevin qızı

“Həmin yuxudan sonra bir az təsəlli tapdım, ata sözünə möhtac qalmışam” - Rüfət Mehdiyevin qızı

Tarix: 6 Iyun 2022 17:10

"Atam mənə anası Zemfira xanımın adını vermişdi. Həmişə də deyirdi ki, sən mənim anamsan. "Ata" sözünə, ata kəlməsinə möhtac qalmışam. Elə istərdim onunla dərdləşim, sirrimi bölüşüm. Atam mənim və bacım Jalənin qoruyucu mələyi idi, çox təəssüf ki, onu biz tez itirdik. Heç vaxt ağlımıza gəlməzdi ki, o bizdən bu tezliyində ayrılar. Gözümüz hər yerdə onu axtarır. Universitetə daxil olanda da, ailə həyatı quranda da.. Amma o cismən bizim yanımızda deyil, ruhən hər zaman mənimlədir, bizimlədir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sevilən və məşhur müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib. O daha sonra əlavə edib.

"Yuxularımda atamı tez-tez görürəm. Atamı yeni itirmişdik, özümə gələ bilmirdim. Onun itkisi ilə günü bu gün də barışmamışam, amma yeni itirəndə qəbul etmək çox çətin idi. Bir gün yatdım və atamı yuxuda gördüm. O dedi ki, qızım, mən hər zaman sizin yanınızdayam, ölməmişəm. Dedim ki, o zaman mən hamıya deyim ki, atam yaşayır, sağdır? Dedi ki, əlbəttə, get hamıya de ki, atan sağdır. O yuxu mənə bir az təsəlli oldu. Ondan sonra hər zaman düşünürəm ki, atam yanımızdadır, sadəcə biz onu görə bilmirik. Onu 17 yaşında itirmişəm, mən hələ də böyüməmişəm, o yaşda qalmışam. Fəxr edirəm ki, Rüfət Mehdiyevin qızıyam" deyə sənətkarın qızı deyib.

Rüfət Mehdiyevin qızı bir məsələyə də aydınlıq gətirib.

"Bu günlərdə Arb kanalında yayımlanan "O üz" verilişi üçün məndən və bacımdan müsahibə aldılar. Bacım orada bildirmişdi ki, "atam dünyasını dəyişəndən sonra bacımın psixoloji problemləri yarandı". Bu xəbəri saytlar götürüb, qeyri-adi başlıqlarla paylaşdılar. Bundan da reytinq güdürlər. Təbii ki, atamın ölümünü adi, normal qarşılaya bilməzdik, psixoloji problemlər qaçılmaz idi. Elə insan var ki, valideynini itirəndə dəli olur, elələri də var ki, elə valideyni ilə birlikdə ölür. Bu çox normal bir haldır. Xahiş edirəm saytlar atamla bağlı paylaşım edəndə incə və həssas nüansları gözləsinlər" deyə sənətkarın qızı deyib.


Etiketlər:  Həmin yuxudan sonra təsəlli tapdım sözünə möhtac qalmışam Rüfət Mehdiyevin qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ