Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 21:54
Almaniyanın Ukraynaya silah göndərməməsinin ilkin səbəbləri açıqlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri yazıb.
Nəşr qeyd edib ki, Almaniyanın Ukraynaya silah göndərməməsinin iki səbəbi var.
"Birincisi, Almaniya ehtiyat edir ki, Ukrayna döyüş meydanında bir neçə qələbə qazansa, "özünə inamlı" ola bilər və Rusiya ərazisinə hücum edə bilər. Bu isə o deməkdir ki, Almaniya tankları yenidən Rusiya əraisində olacaq", - deyə mənbə nəşrə bildirib. Mənbə burada İkinci Dünya müharibəsində baş verən hadisələri nəzərdə tutur.
Bildirilir ki, ikinci səbəb Almaniyanın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı olan inamsızlığıdır. Ölkənin Ukrayna Prezidentinə hansı səbəbdən inamsızlıq nümayiş etdirdiyinin səbəbi isə açıqlanmayıb.