Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah ən yaxşı heyəti meydana buraxacağıq" - Lopeteqi

Tarix: 18 Sentyabr 2019 19:00

 “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, Ağdam klubunda güclü futbolçuların olduğunu bildirib.

- Buna qədər “Atletik” və “Atletiko” Azərbaycan klublarına qarşı oyunlarda büdrəyib. Bundan xəbəriniz varmı?

- Əlbəttə ki, bura gəlmiş klublar haqda məlumatım var. “Qarabağ”ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt “Qarabağ” digər klubların da işlərini çətinləşdirmişdi.

- Sabahkı oyunda xal itkisi sizin üçün nə demək olar?

- Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq.

- Qarşıdan “Real”la çempionat oyununuz gəlir. Bunu nəzərə alıb, sabah heyətdə rotasiya etmək fikriniz varmı?

- Bizim üçün sadəcə bir oyun var, o da “Qarabağ”a qarşı.

- Avropa Liqasında ilk oyununuz olacaq. Məqsəd nədir?

- Sabah avrokuboklarda ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik.

- Start heyətini müəyyənləşdirmisinizmi?

- Sabah ən yaxşı heyəti meydana buraxacağıq.

- Hansı dəyişiklikləri planlaşdırırsınız?

- Bunu sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər.

- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?

- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.

 


Etiketlər:  Sabah ən yaxşı heyəti meydana buraxacağıq Lopeteqi


RƏYLƏR