Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda hərbçilərin olduğu yük maşını aşıb, 11 hərbçi yaralanıb

Ermənistanda hərbçilərin olduğu yük maşını aşıb, 11 hərbçi yaralanıb

Tarix: 7 Iyun 2022 12:54

Ermənistanda İrəvan-Meğri avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 hərbçi yaralanıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, məlumatı "Shamshyan" yayıb.

Bildirilib ki, hadisə iyunun 7-də günorta saatlarında Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Meğri avtomobil yolunda baş verib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinə məxsus, içərisində hərbçilər olan "KamAZ" yük maşını naməlum səbəblərdən aşıb. Nəticədə 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.


Etiketlər:  Ermənistanda hərbçilərin olduğu yük maşını aşıb hərbçi yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ