Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 16:55
Dünyaca məşhur aktyor Coni Depp keçmiş xanımı Amber Hörd üzərindəki qalibiyyətini qeyd etməyə davam edir.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, aktyor 60 min dollar ( Təxminən 102 min manat) dəyərində hesab ödəyib.
Qeyd edək ki, Coni və Amber qalmaqallı şəkildə ayrılmışdı. Amber Coninin zorakılığına məruz qaldığını bildirmişdi. Bundan sorna aktyorun çətin günləri başlamış, karyerasında geriləmə olmuşdu. Depp keçmiş xanımının iddialarının əsassız olduğunu bildirərək məhkəməyə müraciət etmişdi. Uzun müddətdir davam edən məhkəmə prosesi ötən günlərdə yekunlaşmış, qalib isə Coni olmuşdur.