Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müsəlmanlara qarşı ayrı-seçkiliyə həsr edilmiş seminar keçirilib

Müsəlmanlara qarşı ayrı-seçkiliyə həsr edilmiş seminar keçirilib

Tarix: 7 Iyun 2022 21:14

Avropa Şurasında müsəlmanlara qarşı ayrı-seçkiliyə həsr edilmiş seminar keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, "Avropada təşəbbüs və siyasətlərdə müsəlmanlara qarşı və digər dini ayrı-seçkiliyin qarşısının alınması və mübarizə" adlı seminarda Avropa Şurası baş katibinin antisemitizm, müsəlmanlara və digər dinlərə qarşı ayrı-seçkilik və nifrət cinayətləri məsələləri üzrə xüsusi nümayəndəsi, kommunikasiya direktoru Daniel Höltgen, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Türkiyənin, İrlandiyanın və digər üzv ölkələrin Avropa Şurası yanında daimi nümayəndələri, Avropa Komissiyasının irqçilik və dini ayrı-seçkilik Bürosunun üzvü Domenika Qedei Biidu, müsəlmanlara qarşı ayrı-seçkilik üzrə ATƏT-in prezidentinin şəxsi nümayəndəsi, səfir Mehmet Paçacı, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi, səfir İsmət Jahan və digər rəsmi şəxslər iştirak ediblər.

Avropa Şurası baş katibinin antisemitizm, müsəlmanlara və digər dinlərə qarşı ayrı-seçkilik və nifrət cinayətləri məsələləri üzrə xüsusi nümayəndəsi Daniel Höltgen Avropa ölkələrində yaşayan müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarının artmaqda olan qlobal problemlərdən birinə çevrildiyinə təəssüfünü bildirib.

Tədbirdə iştirak edən ekspertlər Avropa ölkələrində bu məsələdə böyük işin aparılmasının vacibliyindən danışıb, bu sahədə aparılan mübarizənin səmərəliliyinin təmin edilməsi üçün bir sıra tövsiyələr irəli sürüblər. Ekspertlər bu sahədə əldə etdikləri dəlil və elmi araşdırmaları tədbir iştirakçıları ilə bölüşüblər.

Bildirilib ki, ayrı-seçkilik halları ifşa olunmalı, ayrı-seçkiliyin qurbanı olan müsəlmanlar susmamalıdırlar. İkinci mərhələ kommunikasiya, son mərhələ müdafiə olunmaq, vəziyyətin çözülməsi üçün göstərilən təşəbbüs və səylərdən ibarət olmalıdır.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycanda dinlərarası dialoqun inkişafı çərçivəsində görülən işlər, "Bakı Prosesi" təsis olunduqdan sonra ölkəmizin bu sahədə həyata keçirdiyi tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumat verib.

Avropa Komissiyasının irqçilik və dini ayrı-seçkilik Bürosunun üzvü Domenika Qedei Biidu Komissiyanın müsəlmanlara qarşı ayrı-seçkilik, qarşısının alınması və mübarizəyə həsr edilmiş tövsiyələri haqqında məlumat verib.

Tədbirdə iştirak edən ekspertlər bütün Avropa ölkələrində bu sahədəki qanunların yenidən nəzərdən keçirilməsinin, onların təkmilləşdirilməsinin vacibliyini bildirib, müsəlmanlara qarşı qərəzli fikirlərin yayılmasına səbəb olan bütün əməllərin cəzalandırılmasının əhəmiyyətindən danışıblar.

Milli.Az


Etiketlər:  Müsəlmanlara qarşı ayrı seçkiliyə həsr edilmiş seminar keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ