Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı futbolçu lezbiyan olduğunu açıqladı və ölkəsini tənqid etdi - FOTO

Rusiyalı futbolçu lezbiyan olduğunu açıqladı və ölkəsini tənqid etdi - FOTO

Tarix: 7 Iyun 2022 23:24

Rusiyalı futbolçu Nadejda Karpova lezbiyan olduğunu rəsmən bəyan edib.

O, artıq beş ildir ki, İspaniyada yaşayır və hazırda "Espanyol"da oynayır.

"Mən artıq bəzi şeylər haqqında danışmaqdan qorxmuram. İspaniyada heç kim məni qadınla yaşadığım üçün qınamır. Burada lezbiyanları damğalamırlar", - deyə o, bildirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Karpova uşaqlıqdan homoseksuallığını gizlətməyə çalışdığını deyib.

"LGBT icmasının üzvü olduğunuz zaman burada və Rusiyada həyat arasındakı fərqlər çox böyükdür. Heç kimə sirr deyil ki, homoseksual uşaqların əsas problemi cəmiyyətin mühakiməsindən qorxmalarıdır. Və əgər sənin dövlətin səni alçaldanlardan birinə çevrilirsə, bu, əsl absurddur.

İndi Rusiya təbliğatı cari hadisələrin əleyhinə çıxış edən insanları sadəcə olaraq kənarlaşdırmaqla onları gözdən salmağa çalışır. Məsələn, Marqarita Simonyan Maksim Qalkinin mövqeyindən danışanda onun gey olduğunu bildirib. Sanki homoseksual olmaq əxlaqi dəyərləri olmayan pis, iyrənc bir insan olmaq deməkdir", - Karpova BBC-yə müsahibəsində vurğulayıb.


Etiketlər:  Rusiyalı futbolçu lezbiyan olduğunu açıqladı ölkəsini tənqid etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ