Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai nəqliyyatda biabırçılıq: Kişi gənc qadını...

İctimai nəqliyyatda biabırçılıq: Kişi gənc qadını...

Tarix: 8 Iyun 2022 19:00

Yeni Zelandiyada seksual qısnamaya dair yeni hadisə qeydə alınıb.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, 21 yaşlı Şinae adlı gənc qadın dostunu görmək üçün qatarla Te Avamutu şəhərindən Kvinslendə gedirmiş. O, əks cərgədə oturan şəxsin mobil telefonla onu videoya çəkdiyini görüb. Nə edəcəyini bilməyən və vaqon boş olduğundan narahat olan qadın bir müddət sonra öz "silahı" ilə kişiyə hücum etmək qərarına gəlib.

Şinae mobil telefonunu çıxararaq kişini videoya çəkməyə başlayıb. Kişi bir müddət kameraya çəkildiyinin seçməyib, vəziyyəti anlayanda isə dərhal vaqon qapısına tərəf gedib və ilk dayanacaqda düşüb.

Həmin anları sosial şəbəkədə paylaşan Şinae yazıb: "Kişi səssizcə mənə baxıb video çəkirdi. Özümü çox narahat hiss etdim. O, məni təxminən 20 dəqiqə kameraya çəkdi. Təpki vermək istədim, amma nə edəcəyimi bilmirdim, sadəcə telefonumu çıxarıb kameranı işə saldım. Sonra onu "TikTok"da paylaşdım". 


Etiketlər:  İctimai nəqliyyatda biabırçılıq Kişi gənc qadını


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ