Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Almaniya və İspaniyaya səfər edəcək

Bayden Almaniya və İspaniyaya səfər edəcək

Tarix: 9 Iyun 2022 08:52

ABŞ Prezidenti Cozef Bayden iyunun 25-28-də Almaniyada keçiriləcək G7 liderlərinin sammitində və İspaniyada təşkil olunacaq NATO sammitində iştirak etmək üçün Avropaya səfər edəcək.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

"Bayden G7 liderlərinin zirvə toplantısında iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Elmau şəhərinə gedəcək", - o deyib.

Zirvə görüşündə G7-nin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlıq, iqlim dəyişikliyi, inkişaf və qlobal sağlamlıq təhlükəsizliyi müzakirə ediləcək. Jan-Pyer toplantıda Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan qida və enerji böhranının da diqqət mərkəzində olacağını vurğulayıb. "Müharibə sammitin mühüm mövzuları arasında olacaq", - o qeyd edib.

"İyunun 28-də Bayden NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə gedəcək", - Ağ Ev rəsmisi deyib.


Etiketlər:  Bayden Almaniya İspaniyaya səfər edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ