Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 08:56
ABŞ Prezidenti Cozef Bayden polşalı həmkarı Anjey Duda ilə telefonla Ukraynaya dəstəyi müzakirə edib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıqdan da danışıblar.
Sonxeber.net "Report"a istinadən bildirir ki, liderlər təhlükəsizlik və iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə dair ümumi öhdəliklərini bir daha təsdiqləyiblər.
Onlar həmçinin Rusiyanın apardığı müharibə fonunda Ukrayna xalqına və hakimiyyətlərinə verilən dəstəyi müzakirə ediblər.
Bundan əlavə, Bayden ABŞ-ın Polşanın və NATO-nun şərq cinahının təhlükəsizliyinə sadiqliyini vurğulayıb.