Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 17:16
Rusiyanın Tambov vilayətinin Piçayevski rayonunda "şəkər kralı" kimi tanınan 53 yaşlı iş adamı Yuri Xoxlov güllələnib. O, Kirsanovski və Qribanovski şəkər zavodları da daxil olmaqla altı regionun müəssisələrini özündə birləşdirən "ASB Şirkətlər Qrupu"nun rəhbəri olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Xoxlov əkin sahələrinə baxış keçirmək üçün helikopterlə Rudovka kəndinə gedib. Onunla görüşə rəqibi, mübahisəli sahənin 150 hektarına günəbaxan səpən fermer gəlib. Münaqişə zamanı həmin şəxs Xoxlovu tapança ilə vuraraq qaçıb. İş adamı aldığı xəsarətlərdən ölüb.
Sonradan hadisə yerindən 1,5 kilometr aralıda 49 yaşlı fermerin də meyiti tapılıb. Onun intihar etməsi istisna edilmir.