Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 20:46
ATV-nin "Bizimləsən" proqramının budəfəki buraxılışında şəhid Ələkbərov Rəşadın anası qonaq olub.
Sonxeber.net xəbər verir ki, tək övladını Vətən müharibəsindəşəhid verən ana özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
"Xocalı faciəsindən sonra getmişəm. 1992-ci ildən əsgər kimi döyüşlərdə iştirak etmişəm. Ağdərə, Tərtər, Həsənqaya, Torpaqtəpə ərazilərində döyüşmüşəm. Yaralanmışam, hospitaldan da yarımçıq yenidən durub döyüşlərə qayıtmışam. Gedəndə valideynlərimizin xəbəri olmamışdı. 3 qəlpəni çıxarıblar, 3 qəlpə də bədənimdə qalıb".