Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 07:16
UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü tura start verilib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.
A Liqasının 2-ci qrupunda Portuqaliya Çexiyanı, İsveçrə İspaniyanı qəbul edib. Portuqaliya və İspaniya yığmaları bu oyunları qələbə ilə başa vurublar.
B Liqasının 4-cü qrupunda Sloveniya Norveçin, Serbiya İsveçin qonağı olub. Norveçdə qapılara qol vurulmayıbsa, İsveçdə qonaqlar minimal hesabla üstün olublar.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
9 iyun
A Liqası, 2-ci qrup
Portuqaliya - Çexiya 2:0
Qol: Kanselo, 33. Qedes, 38.
İsveçrə - İspaniya 0:1
Qol: Sarabia, 13.
Xal durumu: Portuqaliya - 7, İspaniya - 5, Çexiya - 4, İsveçrə - 0.
B Liqası, 4-cü qrup
Norveç - Sloveniya 0:0
İsveç - Serbiya 0:1
Qol: Yoviç, 45+3.
Xal durumu: Norveç - 7, Serbiya - 6, İsveç - 3, Sloveniya - 1
C Liqası, 2-ci qrup
Kosovo - Şimali İrlandiya 3:2
Qol: Muriqi, 9; 52. Byutyuqi, 19 - Laveri, 45. Ballard, 83.
Yunanıstan - Kipr 3:0
Qol: Bakasetas, 8. Pavlidis, 20. Limnios, 48.
Xal durumu: Yunanıstan - 9, Kosovo - 6, Şimali İrlandiya - 1, Kipr - 1
C Liqası, 4-cü qrup
Cəbəllütariq - Bolqarıstan 1:1
Qol: Uolker, 61 - Minçev, 45+1.
Şimali Makedoniya - Gürcüstan 0:3
Qol: Zivzivadze, 52. Kvaratsxeliya, 62. Kiteişvili, 84.
Xal durumu: Gürcüstan - 9, Şimali Makedoniya - 4, Bolqarıstan - 2, Cəbəllütariq - 1
D Liqası, 2-ci qrup
Malta - Estoniya 1:2
Qol: Heyn, 56-öz qapısına - Vasilyev, 21. Anyer, 90+4.
Xal durumu: Estoniya - 6, Malta - 3, San Marino - 0.