Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 13:35
Şairə Nazilə Səfərli yenə paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, N.Səfərli bu dəfə də ad çəkmədən açıq-saçıq geyinən sənətçilərə söz atıb:
"Quş üəriyini titrək bilirik, beynini ağılıszlara misal çəkirik, amma bir quşun ürəyi bir insanda yox ki, uca dağdan dərəyə şığıyıb ağzında ov qaldırsın. Səhnədə soyunmaq, vücudunun çıxıntılı əzələlərinin səsini özünə çıxarmaqla sənətinin əksikliklərini maskalamaq sənət deyil, cəsarətdir. Cəsarətin də bir sərhəddi vardır".
O, daha sonra "Səhər-səhər düşündüklərimi bölüşdüm. Səhvim olsa bağışlayın" sözlərini əlavə edib.