Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oxuyub-yazmağı bilməyən IX sinif şagirdlərinin sayı açıqlandı

Oxuyub-yazmağı bilməyən IX sinif şagirdlərinin sayı açıqlandı

Tarix: 10 Iyun 2022 13:38

2021-ci ildə IX sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki,  bu barədə "Abituriyent" jurnalının 12-ci sayında qeyd edilib.

Bildirilib ki, IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub:

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmasını nəzərə alsaq, bu faktların daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:

Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər".


Etiketlər:  Oxuyub yazmağı bilməyən sinif şagirdlərinin sayı açıqlandı


RƏYLƏR