Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid ailələri və qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır - FOTO

Şəhid ailələri və qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır - FOTO

Tarix: 10 Iyun 2022 17:50

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi iki illik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

10-12 iyun tarixlərində keçirilən möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunmuşlar. Onlar Azərbaycan Qran Prisinin həyəcanını 3 gün ərzində canlı izləyə biləcəklər.   

44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.

Milli.Az


Etiketlər:  Şəhid ailələri qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ