Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa Avstriya iə heç-heçə etdi, Xorvatiyadan qələbə

Fransa Avstriya iə heç-heçə etdi, Xorvatiyadan qələbə

Tarix: 11 Iyun 2022 07:06

Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları davam edir.

İkinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma keçirilib.

A Liqasında Avstriya Fransa ilə heç-heçə edib - 1:1. Danimarka isə Xorvatiyaya 0:1 hesabı ilə uduzub.

C Liqasında Azərbaycan yığması Slovakiyaya məğlub olub - 0:1. Belarus isə Qazaxıstanla bərabərə qalıb - 1:1.

10 iyun
Millətlər Liqası, 3-cü tur

A Liqası

22:45. Avstriya - Fransa - 1:1

Qollar: Andreas Vayman, 37 - Kilian Mbappe, 83

22:45. Danimarka - Xorvatiya - 0:1

Qol: Mario Paşaliç, 69

Xal durumu: Danimarka - 6, Xorvatiya - 4, Avstriya - 4, Fransa - 2

B Liqası, 2-ci qrup

22:45. Albaniya - İsrail - 1:2

Qollar: Armando Broya, 45+2 - Manor Solomon, 57; 73

Xal durumu: İsrail - 4, İslandiya - 2, Albaniya - 1

C Liqası, 3-cü qrup

20:00. Azərbaycan - Slovakiya - 0:1

Qol: Vladimir Vayss, 81

22:45. Belarus - Qazaxıstan - 1:1

Qollar: Vladislav Malkeviç, 84 - Abat Aymbetov, 13

Xal durumu: Qazaxıstan - 7, Slovakiya - 6, Belarus - 2, AZƏRBAYCAN - 1

D Liqası, 1-ci qrup

20:00. Moldova - Latviya - 2:4

Qollar: İon Nikolaesku, 6 (pen.). Nikita Motspan, 64 - Vladislav Qutkovski, 19; 60. Yanis İkaunyek, 26; 75

22:45. Andorra - Lixtenşteyn - 2:1

Qollar: Xordi Alaes, 78 (pen.). Jezus Rubyo, 82 - Livio Mayer, 90+3

Xal durumu: Latviya - 9, Moldova - 4, Andorra - 4, Lixtenşteyn - 0.

Milli.Az


Etiketlər:  Fransa Avstriya heç heçə etdi Xorvatiyadan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ