Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin baş məşqçisini belə ələ saldılar - FOTO

Millimizin baş məşqçisini belə ələ saldılar - FOTO

Tarix: 11 Iyun 2022 08:04

Futbol üzrə Azərbaycan millisinin Slovakiya yığmasına da uduzması baş məşqçi Canni de Byaziə qarşı olan tənqidləri bir qədər də artırıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu dəfə italiyalı mütəxəssisin işini veteran futbolçulardan İlqar Qurbanov tənqid edib.

O, məşqçinin işinə ironik yanaşaraq, feysbuk hesabında "B , A , Pro (məşqçilik dərəcələri - red) oxumaq fikrim var idi, belə başa düşürəm ki, C bəsdir" yazıb.

Statusun şərh bölməsində isə millinin sabiq futbolçusu Asif Məmmədov şəhr yazıb.

"Eminin (Mahmudov-red) yerinə Abbası buraxmaq üçün C də lazım deyil" - deyə "Qəbələ"nin yarımmüdafiəçisi bildirib.

Yığmanın sabiq yarımmüdafiəçisi Vaqif Cavadov isə posta "Biz nağıl danışırıq, futbolu bilmirik... adamlar bilir nə edir" şərhini yazıb.


Etiketlər:  Millimizin baş məşqçisini belə ələ saldılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ