Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Formula-1”: Şarl Lekler tarixə düşdü - YENİLƏNİB - FOTO

“Formula-1”: Şarl Lekler tarixə düşdü - YENİLƏNİB - FOTO

Tarix: 11 Iyun 2022 19:58

19:46

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

"Ferrari"nin pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,359 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb.

Lekleri "Red Bull" komandasından Serxio Peres izləyib. İlk "üçlüy"ü "Red Bull"un digər pilotu Maks Ferstappen qapayıb.

Yürüşün yalnız birinci sessiyasında bir dəfə fasilə yaranıb. Buna Lens Strollun ("Aston Martin") qəza törətməsi səbəb olub.

"Ferrari"nin pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixinə düşüb.

25 yaşlı sürücü Bakıdakı yarışda iki dəfə sıralama turunda qalib olan yeganə idmançıdır.

Lekler 2021-ci ildəki Qran-pridə də sıralama yürüşündə birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

18:17

"Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini alacaqlar.

Tur 1 saat davam edəcək. Bu gün baş tutan üçüncü sərbəst yürüşdə ən yaxşı göstərici "Red Bull" pilotu Serxio Peresə məxsusdur.

Qeyd edək ki, Qran-prinin əsas yarışı sabah saat 15:00-da başlayacaq.


Etiketlər:  Formula Şarl Lekler tarixə düşdü YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ