Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda piyadalar təhlükə altındadır: Hər an zirzəminin girişinə düşə bilərlər - VİDEO

Bakıda piyadalar təhlükə altındadır: Hər an zirzəminin girişinə düşə bilərlər - VİDEO

Tarix: 12 Iyun 2022 03:32

Paytaxtın Yasamal rayonunda,Bakı Dövlət Universitetinin qarşısından bir neçə metr aralıda elə bir səki var ki,buradan piyadalar keçəndə təhilükə ilə üz-üzə qalırlar. Məsələyə icra hakimiyyətindən də münasibət bildirlib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu yolda piyadalar səkidən istifadə edə bilmirlər. 
 
Təhlükə ilə üz-üzə qalan piyadalar hər an zirzəminin girişinə düşə bilərlər.

Paytaxtın Yasamal rayonunda,Bakı Dövlət Universitetinin düz qarşısında yerləşən bu ərazidə təhlükəli vəziyyət yaşanır. Binanın zirməsinə gedən yolla səki bir birinə qarışıb. 

Piyadaların sözlərinə görə problem uzun müddətdir yaşanır.

Məsələ burasındadır ki, səkinin yaxınlığında müvafiq nişan olduğundan, sürücülər avtomobillərini burada park edirlər.Nəticədə piyadaların işi daha da çətinləşir...

Məsələdən Yasamal rayon İcra Hakimiyyəti də məlumatlıdır.Qurumdan ''Xəzər Xəbər''ə şifahi olaraq bildirildi ki, problemin yaşandığı zizəmi olan  yataqxana binası  Dövlət İdarəçilik Akademiyasının balansındadır.Artıq piyadaları narahat edən bu məsələnin həll edilməsi ilə bağlı tapşırıq verilib və yaxın günlərdə səkinin açılması tam təmin olunacaq.


Etiketlər:  Bakıda piyadalar təhlükə altındadır Hər zirzəminin girişinə düşə bilərlər VİDEO


RƏYLƏR