Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Suçiçəyi peyvəndi meymunçiçəyinə qarşı da effektivdir” - ÜST

“Suçiçəyi peyvəndi meymunçiçəyinə qarşı da effektivdir” - ÜST

Tarix: 12 Iyun 2022 17:48

"Suçiçəyinə qarşı istifadə edilən peyvənd meymunçiçəyi infeksiyasına qarşı mübarizədə 85 faiz effektiv təsirə malikdir".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elmi tədqiqatların nəticələri əsasında elan edib.

Qeyd edilib ki, suçiçəyinə qarşı peyvəndin mütəmadi tətbiqi 1980-ci ildə dayandırılıb və buna səbəb virusun kökünün kəsilməsinin elanı olub.

ÜST tərəfindən açıqlanıb ki, bu ilin may ayından başlayaraq Afrikadan kənarda rastlanan meymunçiçəyinə yoluxma hallarının heç biri ölümlə nəticələnməyib. Yoluxanların 90 faizi xəstəlikdən tam şəkildə sağalıb.

İndiyədək meymunçiçəyinə yoluxma halları dünyanın 28 ölkəsində aşkarlanıb (1300-ə yaxın yoluxma halı). Afrikada bu virus onillərdən bəri məlumdur və bu ilin əvvəlindən etibarən səkkiz Afrika ölkəsində ümumilikdə 1500 yoluxma və 72 ölüm halı qeydə alınıb.

Beynəlxalq qurum virusun bütün dünya üzrə yayılma ehtimalını cüzi hesab edir.


Etiketlər:  Suçiçəyi peyvəndi meymunçiçəyinə qarşı effektivdir ÜST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ