Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lisiçanskda 6 yaşlı uşaq müharibənin qurbanı oldu

Lisiçanskda 6 yaşlı uşaq müharibənin qurbanı oldu

Tarix: 13 Iyun 2022 13:52

Lisiçanskda ötən sutka ərzində biri altı yaşlı uşaq olmaqla üç yerli sakin öldürülüb.

Sonxeber.net bildirir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.

"İyunun 12-də Lisiçanskda üç yerli sakin - bir kişi və bir qadın, həmçinin 6 yaşlı uşaq həlak olub. Bir nəfər yaralanıb", - o bildirib.

Qaydayın sözlərinə görə, ötən gecə orada ticarət kompleksi yanıb, daha dörd evə, eləcə də yerli mədənin obyektlərinə ziyan dəyib.

Ruslar həmçinin Vrubovkada 11 evi, Zolotoyedə dörd evi, Qornıda isə iki ev və bir uşaq bağçasını dağıdıblar.

"Əsgərlərimiz Viktorovka - Vrubovka və Kamışevaxa-Vrubovka istiqamətlərində hücum hərəkətlərini uğurla dəf ediblər. Düşmən Zolotoye qəsəbəsi ərazisində yenidən hücum əməliyyatlarına başlayıb", - Administrasiyasının rəhbəri bildirib.

Severodonetskdəki vəziyyətə gəlincə, Qayday deyib ki, Rusiya şəhərə hücumu davam etdirir, artilleriyada əhəmiyyətli üstünlüyə malik olduğundan "Ukrayna hərbçilərini bir qədər geri itələdi".

"Lakin qəsəbə uğrunda döyüşlər davam edir. Ruslar məhəllələri dağıdırlar. Dünən çoxları şəhərin köhnə məhəllələrində lentə alınan videoya baxıb: hündürmərtəbəli binalar demək olar ki, sıfıra enib. Onlardan biri dörd yerə bölünüb. Bu, real mənzərədir" "Bir neçə mərmi Severodonetskin kanalizasiya təmizləyici qurğularına düşüb, insanların hələ də bomba sığınacaqlarında qaldığı "Azot" ərazisi 3 dəfə atəşə tutulub, - o qeyd edib.

Aslan Məmmədov


Etiketlər:  Lisiçanskda yaşlı uşaq müharibənin qurbanı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ