Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Dəməşq hava limanını niyə mühafizə etmədi? - Tehran pərt oldu

Rusiya Dəməşq hava limanını niyə mühafizə etmədi? - Tehran pərt oldu

Tarix: 13 Iyun 2022 22:16

İsrailin Dəməşq hava limanına hücumundan sonra Rusiya ilə İran arasında ciddi gərginlik yaranıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Livanın "Əl-Əkbər" qəzeti yazıb.

Qəzetə görə, İsrail hadisədən bir saat əvvəl Dəməşq hava limanının atəşə tutulması barədə Rusiyaya məlumat verib.

Rusiya qüvvələri isə daha öncə Dəməşq hava limanını hava hücumundan müdafiə edəcəyinə söz vermişdi.

İsrail tərəfi iranlıların Dəməşq hava limanı vasitəsilə Suriya və Livana hərbi texnika daşıdığını bəyan edib.

İlk hücum mayın sonunda olmuşdu. Amma hücum o qədər də sarsıdıcı deyildi. İran təyyarəsi yerə enə bilmişdi. Sonuncu hücum zamanı isə hava limanı sıradan çıxıb.

Bundan sonra suriyalılar və iranlılar ruslardan "İsrailin Suriyanın mülki obyektlərinə və infrastrukturuna hücumlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi" tələb ediblər.

Bəşər Əsəd Tehrana səfər edib, orada ruhani lider Əli Xamenei və prezident İbrahim Rəisi ilə görüşüb.

Ruslara bildirilib ki, İsrail bu hücumlarla bütün sərhədləri keçib və Moskva bunu dayandırmalıdır. Hazırda ruslar İsrailin hərəkətlərinə barmaqarası yanaşırlar.

Bildirilir ki, buna səbəb İsrailin Rusiyaya qarşı sanksiyalara yumuşaq yanaşması və Ukrayna müharibəsində neytral mövqe sərgiləməsidir.


Etiketlər:  Rusiya Dəməşq hava limanını niyə mühafizə etmədi Tehran pərt oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ