Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kardaşyan bunu da etdi - FOTO

Kardaşyan bunu da etdi - FOTO

Tarix: 14 Iyun 2022 18:25

Amerikalı TV ulduzu Kim Kardaşyan pop ikonası Merilin Monronun paltarını zədələyib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, onun "Met Gala"da geyindiyi libas xeyli zərər görüb. Belə ki, paltarın zəncirbənd hissəsi cırılıb, daş-qaşları tökülüb. 

Bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çox istifadəçi Kardaşyanı tənqid edib.

Qeyd edək ki, həmin libası Merilin 1962-ci ildə həmin dövrdə ABŞ Prezidenti olan John F. Kennedinin ad gününə geyinmişdi. 60 illik bu don "Ripley's Believe It or Not" muzeyində saxlanılırdı. Deyilənə görə, Merilinin paltarı 5 milyon dollara alınıb bura qoyulmuşdu. Kardaşyan özü də bir dəfə həmin muzeydə görüntülənmiş, sözügedən paltarı icarəyə götürdüyü öyrənilmişdi.

Milli.Az


Etiketlər:  Kardaşyan bunu etdi FOTO


RƏYLƏR