Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya, Ukrayna və Türkiyə razılaşdı

Rusiya, Ukrayna və Türkiyə razılaşdı

Tarix: 15 Iyun 2022 19:48

Rusiya, Ukrayna və Türkiyə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı müdafiə nazirlikləri vasitəsilə təcili rabitə kanalı təşkil ediblər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, dövlətlər bu işi həyata keçirmək üçün general rütbəsindəki nümayəndələrini təyin edəcəklər.

Məlumata görə, rabitə kanalı sayəsində tərəflər taxıl ixracı məsələlərini ətraflı müzakirə edə biləcək və nəticədə bu proses öz məntiqi həllini tapacaq.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirib ki, Rusiya Ukrayna ərazisindən, o cümlədən Rusiya silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərdən taxıl ixracına mane olmur.


Etiketlər:  Rusiya Ukrayna Türkiyə razılaşdı


RƏYLƏR