Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SON DƏQİQƏ: Ukrayna ordusu bu şəhərə doğru İRƏLİLƏYİR

SON DƏQİQƏ: Ukrayna ordusu bu şəhərə doğru İRƏLİLƏYİR

Tarix: 15 Iyun 2022 19:58

"Ukrayna ordusu Xerson vilayətində ruslarra qarşı uğurla əks hücuma keçir"

Milli.Az xəbər verir ki, bu barədə "Sky News"un müdafiə üzrə analitiki Maykl Klark bildirib. 

Onun sözlərinə görə, Ukrayna əsgərləri ruslar tərəfindən zəbt edilən Xersonu azad etmək məqsədi ilə hücuma başlayır. Ukrayna Müdafiə Qüvvələri Xersonun şimalında və şimal-şərqində 80 kilometrlik cəbhə açıb. 

Təsdiqlənməmiş məlumatlara görə, son 24 saat ərzində Ukrayna qüvvələri Xersondan 26 km aralıda yerləşən Kiselevkaya çatıb. Bu, Krımı su ilə təmin edən bəndin yerləşdiyi Novaya Kaxovkadan "zərbə məsafəsi"nin həddidir. 

Professor Klark qeyd edib ki, analitiklər Xerson vilayətindəki vəziyyəti çox diqqətlə izləyəcəklər. Onun sözlərinə görə, mübarizə hələlik Ukraynanın xeyrinə inkişaf edir. (publika.az)

Milli.Az


Etiketlər:  DƏQİQƏ Ukrayna ordusu şəhərə doğru İRƏLİLƏYİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ