Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 16:10
"Milli Qurtuluş Günü bizim növbəti bir mərhələmizdir. Əslində biz öz içimizin bəlalarındn qurtulmuşuq. Öz qədim ənənələrimizə, bizə qarşı çıxan adamlarla mübarizə aparmışıq. Qurtuluş müqəddəs sözdür, dəyərdir. Hələ də bu günü Milli Qurtuluş Günü kimi tanımaq istəməyən maraqlar var. Biz min illər dövlət və mədəniyyəti olan bir xalqıq. Bu müstəqilliyi növbəti dəfə balalarımızın şirin canları hesabına bərpa etmişik. İçimizdə nə qədər simasız, şərəfsiz, özlərini qəhrəman kimi sırıyan adamlar var, hamısı ifşa olunacaq".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül kinoyla bağlı səsləndirdiyi fikirlərinin mediada təhrif olunmasına görə öz narazılığını bildirib:
"Bu gün Azərbaycanda çox gözəl filmlər çəkilir. Beynəlxalq festivallarda iştirak edirik. Demək ki, bu adamlar kinoyla maraqlanmadıqları üçün eşitdiklərini danışırlar. Rasim Balayev məni ittiham edib deyir ki, mən adamlıqdan, kinodan, mədəniyyətdən xəbərsiz adamam. Hansı ki, Rasim Balayevin əlindən tutub kinoya gətirmişəm. Kişilərin içində Şeyx Əbdül Mahmudbəyov adında bir nömrəli kişi var. Özü də bütün nəsillər bunu təsdiq ediblər.
Mən Rasim Balayevi haqqa çağırdım. Bu adam başa düşmür ki, Sovet hökumətinin vaxtında filmi dövlət çəkirdi. Onda hansısa sponsor yox idi. Amma Rasim Balayev deyir ki, Şeyx Əbdül rüşvət alıb. Mən rüşvət alan olsaydım, bahalı maşınım, mənzillərim olardı, daha damda yaşamazdım. Mən bu millətin fədaisiyəm. Heç biriniz Şəfiqə xanımın tayı ola bilməzsiniz. O, kişi kimi ittifaqı bərpa elədi. İndi kinodan xəbərsiz olanlar kinonun adından danışır.
Rasim Balayevə "Qaçaq Nəbi" filminə görə dövlət mükafatı vermişəm, ilk dəfə "Diplom" filminə onu mən çəkmişəm, xəstəxanadan çıxarıb Nəsimi roluna gətirmişəm. Bütün filmlərimdə Rasim Balayevi baş rolda çəkmişəm.
Mənim "Qan yaddaşımız" kimi əsərim və filmim var. Çox təəssüflər olsun ki, mən bütün bunları bu gün etiraf etmək məcburiyyətində qaldım. Mən Respublika Rejissorlar Gildiyasının Təftiş Komissiyasının sədriyəm. Hər iki ildən bir filmlərimizin fesivalını keçiririk. Hər il orda 20, 30 filmə baxırıq. Bunlar hansı filmsizlikdən danışırlar?".