Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 22:10
"Coca-Cola" şirkəti rəsmi şəkildə Rusiyadakı "Coca-Cola" və digər brend içkilərin (o cümlədən "Sprite", "Fanta" və "Dobrıy" şirəsi) istehsalını və satışını dayandıracağını açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə news.ru saytı məlumat yayıb.
Bildirilir ki, "The Coca-Cola Company" hələ martda Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiyada işgüzar fəallığını azaldacağını bəyan etmişdi.
Buna baxmayaraq, şirkətin Nijni Novqoroddakı zavodu işləməyə davam edirdi.