Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 16:56
“Barselona”nın futbolçusu Ansu Fati sabah İspaniya vətəndaşlığı alacaq.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, 16 yaşlı hücumçunun Braziliyada keçiriləcək dünya çempionatında İspaniyanın U-17 millisində oynamağı planlaşdırılır.
Qvineya-Bisauda doğulan Fatinin Portuqaliya yığmasında da oynamaq variantı olub, amma o, İspaniya millisini seçib.
Qeyd edək ki, A. Fati bu mövsüm oynadığı 3 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.