Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 12:46
Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus "Vasili Bex" qoşqu gəmisini məhv edib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, gəminin göyərtəsində "TOR" zenit-raket kompleksi olub.
Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan "Harpoon" gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.
Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində "Neptun" raketi İlan adası yaxınlığında Rusiyanın "Moskva" kreyserini vuraraq batırıb.