Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qazının Fransaya axını tamamilə dayandı

Rusiya qazının Fransaya axını tamamilə dayandı

Tarix: 17 Iyun 2022 21:24

İyun 15-dən etibarən Rusiyanın enerji şirkəti "Qazprom" tərəfindən Fransaya verilən təbii qaz axını dayandırılıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Avropa və Fransanın ən böyük təbii qaz paylayıcılarından olan "GRTGAZ" açıqlayıb.

Bildirilir ki, Rusiyanın "Şimal axını" ilə təbii qaz nəqlini azaltdıqdan sonra Almaniyadan Fransaya fiziki qaz axını kəsilib. Fransa bundan sonra Rusiya təbii qaz almayacağını bəyan edib.

Açıqlamada Fransanın qaz ehtiyatının 50 faizdən 56 faizə yüksəldiyi, fasiləyə baxmayaraq ölkədə enerji qıtlığının yaşanmayacağı da qeyd edilib.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Rusiya qazını Almaniyaya daşıyan "Şimal axını"nda tədarükün kəsilməsini siyasi motivli adlandırıb və "Qazpromu" qazın qiymətini yüksəltmək cəhdində ittiham edib.

Qeyd edək ki, Fransa qaz idxalının 17 faizini boru kəməri və LNG gəmiləri vasitəsilə Rusiyadan həyata keçirirdi. Rusiyanın enerji şirkəti "Qazprom" bu yaxınlarda "Şimal axını" ilə qaz nəqlinin sutkada 167 milyon kubmetrdən 67 milyon kubmetrə düşdüyünü açıqlayıb. Fasiləyə səbəb kimi Almaniyanın Siemens şirkətinə texniki xidmət üçün göndərilən bəzi texniki avadanlıqların hələ də geri qaytarılmaması göstərilib.


Etiketlər:  Rusiya qazının Fransaya axını tamamilə dayandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ