Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın gəlini Suada əri ilə evliliklərinin bir illiyindən yazdı - VİDEO - FOTO

Van Dammın gəlini Suada əri ilə evliliklərinin bir illiyindən yazdı - VİDEO - FOTO

Tarix: 18 Iyun 2022 01:25

Dünya şöhrətli aktyor Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadənin ailə qurmasından bir il ötür.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, musiqiçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Sevgi şəhəri Parisdə "Eyfel" gülləsinin qarşısında fotosunu yayımlayan Suada bu sözləri yazıb: "Sən mənim həyatımın sevgisisən".

Digər postunda isə Suada əri Kristoferlə canlı yayımından videosunu paylaşaraq "Artıq bir il keçməyinə inanmıram. Həyatımın sevgisi ilə evli olmaq" - deyə bildirib.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Milli.Az


Etiketlər:  Van Dammın gəlini Suada əri ilə evliliklərinin bir illiyindən yazdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ