Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

Tarix: 18 Iyun 2022 14:24

Milli.Az lent.az-ın Xalq şairi Hüseyn Ariflə bağlı yazısını təqdim edir:

Zəlimxan Yaqub cavan vaxtlarında iş axtarırmış. Gedir o zaman Respublika Aşıqlar Birliyinin sədri işləyən şair Hüseyn Arifin yanına, bilib ki, əliboş qaytarmaz. Deyir "Hüseyn qağa, dolanammıram, şair şairin əlin boş qaytarmaz. Mənə bir iş tap ver".  Hüseyin Arif deyir ki,  səni göndərirəm Tovuza, Aşıqlar Birliyinə sədr. Zəlimxan Yaqub sevinsə də, bir az şübhəli soruşur: "Hüseyn qağa, başına dönüm, yəni dolana biləjəmmi, camaat məni dolandırajaxmı?"

Hüseyn Arif də rahat-rahat cavab verir: 
- Ayə niyə dolanmırsan, Tovuzda adamdan çox aşıq var.  Get başını saxla.

Rayonların birində görüş varmış. Bir dəstə yazıçı qonaq gəlibmiş. Ziyalıların, yerli rəhbərlərin çoxu onlarla mehribanlıqla görüşüb hal-əhval tuturlar. Amma bir nəfər- rayon icraiyyə komitəsinin sədri əli cibində dayanıb, heç kəsə məhəl qoymur. Bunu görən yazıçı Sabir Azəri Hüseyn Arifin qoluna toxunur.

- A şair, gör, özünü necə çəkir. Qanacaqsız adama oxşayır.
-Ə, qanacağı  neynəyir, vəzifəsi var, rüşvəti var, qanacağı gözünə ha, soxmayacaq?!

***

Hüseyn Arifin yanında  dostları hansı gözəl xanımı tərifləyirmişlərsə,  deyirmiş tanıyıram, onunla gözəl günlərim, macəralarım olub. Bir gün dostları şairi pərt eləmək üçün qarşısına çoxlu gözəl şəkillər düzürlər, hansına baxırsa yenə deyir tanıyıram. Axırda çariça Yekaterinanın şəklini qoyurlar qabağına. Şair yenə başlayır öyünməyə. " Baho, onunla günlərimiz olub e, əl çəkmirdi yaxamdan, ölürdü dərdimdən..". 
Dostları gülüşürlər. 

- A kişi, bu Yekaterinadır, nə danışırsan?
- Ayə, siz  şəklə inanacaqsız ya xalqın şairinə? Deyirəmsə olub, deməli olub.

Milli.Az


Etiketlər:  Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ