Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ölüm səviyyəsi azalıb

Tarix: 19 Iyun 2022 04:22

Bu il ərzində Azərbaycanda ölüm səviyyəsi azalıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, cari ilin yanvar-aprel ayları ərzində ölkədə 23748 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,0-dan 7,2-yə düşüb.

Qeyd olunan müddət ərzində isə ölkə üzrə doğulan körpələrin sayı 40036 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz olub.

Körpələrdən 1144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır.


Etiketlər:  Azərbaycanda ölüm səviyyəsi azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ