Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəbrayılda ANAMA əməkdaşı minaya düşdü

Cəbrayılda ANAMA əməkdaşı minaya düşdü

Tarix: 19 Iyun 2022 11:34

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan Milli.Az-a verilən xəbərə görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Cəbrayılda ANAMA əməkdaşı minaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ