Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 13:35
Əməkdar artist Nahidə Orucovanın başına iş gəlib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa tamaşaya hazırlaşarkən yıxılaraq qolunu sındırıb. Bu barədə o, "MTV"yə müsahibəsində danışıb:
"O olmasın, bu olsun" tamaşasında "Sənəm" obrazına hazırlaşırdım. Ayağımdakı çarığın uc hissəsi oturacağa ilişdi və yerə yıxıldım. Ağrım var idi, amma tamaşanı oynadım. Düşünürdüm ki, əzilib. Gecə dərman qəbul etdim, iynə vurdum ki, ağrını hiss etməyim. Səhər həkimə getdim, sınıq diaqnozu qoydular".