Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 18:00
PSJ-nin və Argentina millisinin hücumçusu Leandro Parades komanda yoldaşı Lionel Messi ilə bağlı açıqlama verib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, "Goal.com"a müsahibəsində Messinin "Barselona"da oynadığı zaman Çempionlar Liqasının oyunu zamanı aralarından baş verən insidenetdən danışıb:
"Messi əsəbiləşdi, çünki komanda yoldaşlarıma nəsə deyəndə məni eşitdi. Çox əsəbiləşdi və hücum etdi. Dəhşətli idi. O, məni öldürmək istəyirdi. Mən isə sadəcə evə getmək istəyirdim.
Həmin hadisədən sonra millidə görüşdük, özünü heç nə olmamış kimi apardı. O, necə bir insan olduğunu göstərdi. Münasibətlər həmişəki şəkildə davam etdi. İndi söhbət gələndə o hadisəni xatırlayıb gülürük. Amma o vaxt həqiqətən də məni öldürmək istəyirdi".