Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 14:32
Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti sabitdir.
1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.