Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Rusiya ordusunun növbəti hədəflərini açıqladı

Zelenski Rusiya ordusunun növbəti hədəflərini açıqladı

Tarix: 20 Iyun 2022 22:10

"Rusiya ordusu Xarkova hücum etmək və Slavyanski ələ keçirmək üçün qüvvələr toplayır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

"İndi rus ordusu yenidən Xarkova hücum etmək üçün qüvvələr toplamağa çalışır. Biz bu bölgəni azad etdik. Nikolayev daima bombardman edilir. Onlar Slavyanski tutmaq və tamamilə məhv etmək istəyirlər - müharibədən əvvəl orada yüz min sakin var idi", - deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, Ukrayna rusları dayandırmaq və insanları qorumaq üçün əlindən gələni edəcək:

"Ancaq bunu daha sürətli etmək üçün bizə dəstəyə, müasir silahlara ehtiyac var. Rusiya ordusundan daha çox potensiala malik silahlara. Bu, həyati məsələdir".

Milli.Az


Etiketlər:  Zelenski Rusiya ordusunun növbəti hədəflərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ