Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram'' - Baş nazir

''Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram'' - Baş nazir

Tarix: 20 Iyun 2022 23:16

"Nə Ukraynaya, nə də Moldovaya paxıllıq edirəm".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edən qərarını şərh edərkən deyib.

"Biz yaxşı bilirik ki, Ukrayna çətin vəziyyətdədir, ərazisinin 20%-i artıq itirilib və müharibə davam edir. Moldova da çox çətin vəziyyətdədir. Moldova müharibədən ilk əziyyət çəkənlərdən olub. Ona görə də mən həqiqətən nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram", - Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynaya bu status müharibə şəraitində olduğuna görə verilib.


Etiketlər:  Ukraynaya Moldovaya həsəd aparıram Baş nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ