Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan xalq artistinin xanımının Nyu-Yorkdakı dəbdəbəli mənzili əlindən alınıb?

Azərbaycan xalq artistinin xanımının Nyu-Yorkdakı dəbdəbəli mənzili əlindən alınıb?

Tarix: 21 Iyun 2022 14:05

Ukraynadakı hərbi əməliyyatların fonunda bir çox ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebkonın Nyu-Yorkdakı dəbdəbəli daşınmaz əmlakı əlindən çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Netrebko instaqram hesabında hazırda həyat yoldaşı, Xalq artisti Yusif Eyvazov və oğlu Tyaqo ilə birlikdə yaşadığı Vyanadakı mənzilin fotosunu paylaşıb. İzləyicilərdən biri ifaçının həm Nyu-Yorkdakı, həm də bu mənzilinin interyerini bəyəndiyini bildirib.

Netrebko isə cavabında "Nyu-Yorkdakı mənzil artıq yoxdur..." şərhini yazıb. O, bunun hansı səbəbdən baş verdiyini açıqlamayıb. İzləyicilər bunun anti-Rusiya sanksiyaları və ya müqavilələrə xitam verilməsi səbəbindən yaranan maliyyə çətinlikləri ucbatından olduğunu ehtimal edir.

Xatırladaq ki, sahəsi təxminən 170 kvadratmetr olan Manhettendəki mənzilləri müğənni 2010-cu ildə keçmiş əri, uruqvaylı opera müğənnisi Ervin Şrottla birlikdə alıb. Bu alış cütlüyə təxminən 2,5 milyon dollara (4,2 milyon manatdan çox) başa gəlib. 

Qeyd edək ki, Netrebko uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olub. O, fikrini bildirdikdən sonra Novosibirsk Opera Teatrı onunla əməkdaşlığı dayandırıb. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. İfaçı "Zeit" nəşrinə müsahibəsində Rusiyaya qastrol səfərinə qayıtmaq fikri olmadığını bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyanın bir çox yerində bir çox rus iş adamı və məşhurların mülklərinə sanksiya qoyulub. 

Milli.Az


Etiketlər:  Azərbaycan xalq artistinin xanımının Yorkdakı dəbdəbəli mənzili əlindən alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ