Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna üçün Freddi Merkurinin maşınını hərraca çıxaracaq - FOTO

Ukrayna üçün Freddi Merkurinin maşınını hərraca çıxaracaq - FOTO

Tarix: 22 Iyun 2022 19:46

Ukraynanın Xalq artisti Andrey Danilko İngiltərənin məşhur "Quenn" qrupunun üzvü Freddi Merkurinin avtomobilini hərraca çıxarmağı planlaşdırır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçinin sözlərinə görə, 2013-cü ildə aldığı "Rolls-Royce" markalı avtomobili bir dəfə də olsun canlı görməyib və yalnız parklanma üçün pul ödəyir. O bildirib ki, Freddinin maşınına Londonda böyük maraq var və bu səbəbdən də onu satmaq qərarına gəlib.

1974-cü ilin istehsalı olan avtomobildə isə yalnız əfsanəvi müğənninin parfümü və salfeti qalıb.

Andrey həmçinin qeyd edib ki, bu ideya ona Ukraynanın "Kaluş" qrupunun "Avroviziya 2022"də qazandıqları kuboku 900 min dollara satdıqdan sonra gəlib. O, hərracdan əldə etdiyi gəliri isə ölkəsi üçün xərcləyəcək.

Milli.Az


Etiketlər:  Ukrayna üçün Freddi Merkurinin maşınını hərraca çıxaracaq FOTO


RƏYLƏR