Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ehtiyat kadrlar siyahısının vakant vəzifələrinə təyinatlarla bağlı iş aparılır

Ehtiyat kadrlar siyahısının vakant vəzifələrinə təyinatlarla bağlı iş aparılır

Tarix: 23 Iyun 2022 08:14

"2021-ci ilin 31 dekabr tarixinə olan məlumata əsasən dövlət qulluğunun ehtiyat kadrlar siyahısında 815 vəzifə üzrə 686 şəxs vardır. Ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatları ilə bağlı Mərkəz tərəfindən mütəmadi iş aparılır".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M.Abbaszadənin sözlərinə görə, dövlət orqanları tərəfindən "Dövlət qulluğu - Vəzifələrin İdarə Edilməsi Sistemi"nə daxil edilmiş məlumatlar, eyni zamanda, müsabiqə və ümumi müsahibəyə çıxarılması məqsədilə mərkəzə təqdim edilmiş vakant vəzifələr üzrə araşdırmalar aparılıb, ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin müsahibə elanına çıxarılıb və ya VİS vasitəsilə müəyyən edilmiş vakant analoji vəzifələrə təyinatları ilə bağlı müvafiq tədbirlər həyata keçirilib: "Dövlət orqanında müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilməyib.

Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə 2021-ci ildə mərkəz tərəfindən xüsusi proqram təminatı - "Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi" yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması üçün onlayn qaydada təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi, habelə onların vakant analoji vəzifələrə təyinatında operativlik təmin olunur".


Etiketlər:  Ehtiyat kadrlar siyahısının vakant vəzifələrinə təyinatlarla bağlı aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ