Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 08:54
Balakəndə fərdi yaşayış evini ildırım vurub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otaq əşyaları ilə birilikdə tam yanıb.
Otaqlar və aynəbədin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.