Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 12:20
“Energizer” brendi adı altında çox yüksək tutumlu akkumulyatora malik smartfonun işlənib hazırlanmasına məsul “Avenir Telecom” şirkəti “Indiegogo” platforması vasitəsilə cihazın istehsalı üçün lazımi məbləğin yalnız 1%-ni toplaya bilib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cari ilin fevralında elan edilmiş sözügedən qurğu 18 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilməli idi ki, bu da “iPhone XS Max” ilə müqayisədə 6 dəfə yüksək göstəricidir.
Məlumata görə, smartfonun avtonom iş vaxtı gözləmə rejimində 50 günədək və video izləmə zamanı isə 200 saatadək təşkil edirdi.
Emil Hüseynov