Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni anasından qalan brilliantlarından danışdı - VİDEO

Azərbaycanlı müğənni anasından qalan brilliantlarından danışdı - VİDEO

Tarix: 23 Iyun 2022 18:05

Müğənni Zahidə Günəş var-dövləti haqqında söylədiyi açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki,sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda anasından ona miras qalan brilliantları satıb mülk aldığını bildirib.  

"Vəfat edən anam və atamdan mənə bir çanta brilliant qaldı. Həmin zinət əşyalarını pandemiyada satdım. Pula isə ev və avtomobil aldım. Pandemiya zamanı verəcəklərimiz vardı.
Həmkarlarım kimi Rusiyaya toylara getmədim, evdə oturdum. Borcları ödədik, bitdi. Bundan əlavə, iki yerdə mülkümüz vardı. Həmin mülkləri də satdım. Mən evin sonbeşiyiyəm. Bacılarım və qardaşlarım söylədilər ki, miras qalsın Zahidəyə".

Qeyd edək ki, bir müddət əvvəl "Elgizlə izlə" sosial-ictimai verilişində Z.Günəş ailəsindən danışarkən bunları demişdi: 

"6 uşaq idik. Böyük qardaşım rəhmətə getdi. 5 uşaq qaldıq. Anam da dünyasını dəyişdi. Bacımın oğlu  rejissordur, o, mənə dedi ki, nənə özünü pis hiss edirdi, mənə bu çantanı verdi. Demişdi ki, Zahidə sonbeşiyimdir, bunu ona verərsən. Rayonda mülkümüz var idi, onun da açarını mənə verdilər. Anamdan mənə bir çanta brilliant, bir də ev qaldı".  

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni anasından qalan brilliantlarından danışdı VİDEO


RƏYLƏR